Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və AlenaƏliyeva Gəncədə fəaliyyət göstərən qadın sahibkar Fidan Zaritərəfindən yaradılmış “Zarif Natural” brendi ilə tanış olublar.
Trend xəbər verir ki, onlarsahibkarla səmimi söhbət edib, ideyanın formalaşması, brendinyaranma hekayəsi və məhsulların hazırlanma prosesi iləmaraqlanıblar. Daha sonra müəssisədə soyuq sıxım üsulu ilə müxtəlifyağlar və digər məhsullar birgə hazırlanıb. Leyla Əliyeva və AlenaƏliyeva qadın sahibkara fəaliyyətində uğurlar arzulayıb, onuntəşəbbüskarlığını və zəhmətkeşliyini yüksək qiymətləndirib, xatirəşəkilləri çəkdiriblər.
Qeyd edək ki, “Zarif Natural” brendi sağlam və balanslıqidalanma prinsiplərinə əsaslanaraq soyuq sıxım yağların, qatqısızçərəz əzmələrinin və qlütensiz unların istehsalı və istehlakçılaratəqdim olunması istiqamətində fəaliyyət göstərir.