AZ

Polis avtomobil oğurluğunu təşviq etmək istəyir

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya Daxili İşlər Nazirliyi nnəqliyyat vasitələrinin qeydiyyatrı qaydalarını dəyişir.Avtosfer.az xəbər verir ki, qanun layihəsinə görə “dost olmayan ölkələrdən oğurlanmış” avtomobillərə tam qanuni şəkildə qeydiyyat sənədləri və nömrə veriləcək.

Nazirlik iddia edir ki, qanunda məqsəd İnterpol vasitəsi ilə Avropa ölkələrinə verilən sorğulara cavab alınmamasıdır. 

Ekspertlərin fikrincə, belə bir addım Avropa ölkələrindən maşın oğurluğunu təşviq etməkdir. Lakin, məsələnin başqa tərəfi də var: belə bir maşını birbaşa Rusiyaya gətirmək mümkün deyil.

Hansısa “dost ölkəyə” gətirildikdə isə, burada maşının oğurluq olması aşkara çıxarsa, gətirən şəxs avtomobildən məhrum olacaq. Azadlığını itirməməsi üçünsə vəkillərə sanballı pul tökməli olacaq. 

İş burasıdır ki, təklif səslənən andan ictimai rəydə müsbət qarşılanıb.

Vüqar

Oxunub 8

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
avtosfer.az

1Mənbələr