Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla birbaşa dialoq aparır və bu çərçivədə Donbasın verilməsi müqabilində guya müharibəni bitirməyə hazır olduğunu bildirir.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumatyayıb.
Zelenskinin sözlərinə görə, Putinin mövqeyi olduqca sadə formada ifadə olunur: “Məsələn: mənə bütün Donbası verin – müharibəni bitirim. Qısa desək, məsələ bundan ibarətdir”.
Ukrayna Prezidenti vurğulayıb ki, rəsmi Kiyev Donbas məsələsində mövqeyini bir daha təsdiqləyib.
“Olduğumuz yerdə qalırıq – bu, atəşkəs üçün bu gün mövcud olan ən ədalətli və ən etibarlı modeldir”, – deyə Zelenski bildirib.
Bununla yanaşı, onun sözlərinə görə, ABŞ tərəfi yenidən azad iqtisadi zona məsələsini gündəmə gətirib.
“Ümumilikdə, azad iqtisadi zona ideyasından nə Ukrayna, nə də Rusiya heç vaxt xüsusi həvəs göstərməyib. Rusiya bizim Donetsk vilayətindən çıxmağımızı istəyir, biz isə bildiririk ki, ən etibarlı mövqe – olduğumuz yerdə qalmaqdır. Amerika tərəfi bunu kompromis variant kimi təklif edir. Biz isə qeyd edirik ki, tərəflər bu məsələni müzakirə ediblər”, – deyə Zelenski izah edib.
O, həmçinin əlavə edib ki, Ukrayna enerji obyektlərinə zərbə vurulmaması ilə bağlı qarşılıqlı razılaşmaya hazırdır: “Biz dedik ki, əgər bizə zərbə vurulmasa, biz də energetikaya zərbə endirməyə hazır deyilik. Ruslar da əvvəlki dəfə olduğu kimi bunu qəbul etsələr, biz bunu qəbul etməyə hazırıq”, – deyə Zelenski bildirib./Bizim.Media