ain.az, Reyting.az saytına istinadən bildirir.
Amerika Birləşmiş Ştatlarının Polşa Respublikasındakı səfiri Tom Rouzun Polşa Seyminin (parlamentin aşağı palatası) spikeri Vlodzimej Çajastınla bütün əlaqələri dayandırdığı barədə açıqlaması çoxlarını təəccübləndirib.
Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, səfirin belə davranışına əsas səbəb polşalı siyasətçinin ABŞ prezidenti ilə bağlı açıqlamasıdır.
Qeyd olunur ki, V. Çajastı prezident D. Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləmək fikrində olmadığını deməsi onu ABŞ-nın hədəfinə çevirib, səfir isə spikeri "Trampa qarşı əsassız və təhrikedici təhqirlərdə" ittiham edib.
Çajastı Trampın bu yüksək mükafata layiq olmadığını bildirib, həmçinin ABŞ liderinin yeni sülh təşəbbüslərini "illüzor" adlandırıb. O, Polşanı mövcud beynəlxalq təşkilatlarda fəal olmağa səsləyib və ölkəsinin AB, NATO, BMT, ÜST kimi böyük qurumları gücləndirməli olduğunu deyib.
Polşanın baş naziri Donald Tusk, həmçinin partiyası Rouzun bu mövqeyini sərt tənqid ediblər. Baş nazir tərəfdaşlıq münasibətlərini qorumağın, xüsusilə də qarşılıqlı hörmətin vacibliyini qeyd edib.
Bundan daha əvvəl ABŞ prezidenti D. Trampın siyasi fəaliyyətinə görə Nobel Sülh Mükafatına namizəd göstərilməsi ilə bağlı bir neçə təkliflər səslənib. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsini icra edən Mayk Conson, daha sonra isə İsrail Knessetinin spikeri Amir Ohana Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmüşdü.
Polşanın bəzi media mənsubları isə səfirin bu cür rəftarına, ümumilikdə baş verənlərə ironik yanaşıb və T. Rouzun rəftarının peşəkar diplomata xas olmayan qeyri-etik davranış kimi qiymətləndiriblər. Mətbuatın yazdığına görə, D. Tramp Nobelə görə "dünyaya savaş açdığını gizlətmir" və belə çıxır ki, mükafat almasa Nobel Komitəsini də sıxışdırıb, təhdid etməkdən çəkinməyəcək.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.