AZ

Çin logistika xərclərini tarixi minimuma endirdi

BAKI, 8 fevral. TELEQRAF

Çində sosial logistika üzrə ümumi xərclərin ümumi daxili məhsula (ÜDM) nisbəti 13,9%-ə enib.

Teleqraf xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat verib.

Çin Xalq Respublikasının Dövlət İnkişaf və İslahatlar Komitəsinin məlumatına görə, hazırkı göstərici 13-cü beşillik plan dövrü (2016-2020-ci illər) üzrə qeydə alınmış səviyyədən 0,8 faiz bəndi aşağıdır.

Qurumda bildirilib ki, Çin iqtisadiyyatın səmərəliliyinin artırılması istiqamətində işi davam etdirəcək. Xüsusilə, 2027-ci ilə qədər sosial logistika xərclərinin ÜDM-ə nisbətinin təxminən 13,5%-ə endirilməsi planlaşdırılır.

Seçilən
14
teleqraf.com

1Mənbələr