AZ

Hakimiyyəti görüntü yaratmaq və boş söhbətlərdə ittiham etdi

KXDR lideri Kim Çen In, Samqvan heyvandarlıq kompleksinin istifadəyə verilməsi zamanı Şimali Koreya kəndlərinin tükənməsi və geri qalması barədə kəskin çıxış edib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi olan Mərkəzi Teleqraf Agentliyi (MKTA) məlumat yayıb.

Kompleksin modernləşdirilməsi zamanı qarşıya çıxan çətinliklərdən danışan dövlət başçısı bildirib ki, gələcəkdə hər hansı işi planlaşdırarkən ilk növbədə işlərə "barmaqarası baxmaq" vərdişindən əl çəkmək və elmi əsaslara söykənmək lazımdır.

KXDRlideri vurğulayıb ki, partiyanın çoxsaylı göstərişlərinə baxmayaraq, ölkə kəndləri hələ də səfalət və gerilikdən tam qurtula bilməyib.

"Düzünü desəm, keçmişdə kənd quruculuğu ilə bağlı boş danışdıq desək, mübaliğə olmaz", - deyən Kim Çen In, əyalətlərdə çox vaxt sadəcə nümayiş üçün bir neçə rəmzi qəsəbənin tikildiyini etiraf edib.

Seçilən
27
publika.az

1Mənbələr