AZ

Ürək xəstəlikləri belə başlayır

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Həkim ürəklə bağlı problemlərin ilk mərhələdə verdiyi siqnallara diqqət çəkib. Rusiyalı Kardioloq Viktoriya Lebed bildirib ki, bir çox hallarda insanlar bu əlamətləri adi yorğunluq kimi qəbul edir, amma təhlükə məhz burada başlayır.Demokrat.az xəbər verir ki, həkimin sözlərinə görə səbəbi aydın olmayan başgicəllənmə, qəfil halsızlıq və huşun itməsi ürəyin işi ilə bağlı problemlərin erkən xəbərçisi ola bilər. Həkim qeyd edib ki, bu hallar beynin kifayət qədər qanla təmin olunmaması fonunda yaranır. Viktoriya Lebed əlavə edib ki, ürək döyüntüsünün sürətlənməsi və ya nizamsızlaşması, eləcə də təngnəfəslik də diqqət tələb edən əlamətlər sırasındadır."Havasızlıq hissi çox vaxt fiziki gərginlik zamanı üzə çıxır, lakin bəzən tam sakit vəziyyətdə də hiss oluna bilər və bu məqam gözdən qaçırılmamalıdır".Lebed bildirib ki, infarktdan xeyli əvvəl döş qəfəsində ağrılar yarana bilər. “Döş qəfəsində basqı, sıxma və ya yanma hissi xüsusilə təhlükəlidir. Bu ağrı sol qola, çiyinə, boyuna, çənəyə və ya kürəyə yayıla bilər. Əksər hallarda fiziki gərginlik və ya stress zamanı ortaya çıxır. Yeməkdən sonra sinədə narahatlıq hiss olunursa və soyuq havada çölə çıxarkən vəziyyət pisləşirsə, ürəyi mütləq yoxlatdırmaq lazımdır”, - deyə həkim vurğulayıb.Onun sözlərinə görə səbəbsiz ayaq və topuq şişkinliyi, həmçinin dərmanlara baxmayaraq nəzarət altına alınmayan yüksək arterial təzyiq də ürək problemlərindən xəbər verə bilər."Bu əlamətlərə vaxtında reaksiya verilməməsi ağır nəticələrə yol aça bilər və gecikmədən həkimə müraciət etmək vacibdir", - kardioloq fikrini yekunlaşdırıb.Kənan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
demokrat.az

1Mənbələr