AZ

Yaponiyada parlament seçkiləri keçirilir

Fevralın 8-də Yaponiya Parlamentinin Nümayəndələr Palatasına seçkilər keçirilir.

Bizim.Media Yaponiya mediasına istinadla xəbər verir ki, yerli vaxtla səhər saat 7:00-dan səsvermə prosesi başlayıb. Parlamentin aşağı palatasına seçilmək üçün 1200-dən çox namizəd 465 yer uğrunda mübarizə aparır.

Seçicilər yerli vaxtla saat 20:00-dək səs verə biləcəklər.

Nümayəndələr Palatasındakı 465 yerdən 289-u majoritar, 176-sı isə proporsional qaydada seçiləcək.

Hakim Liberal Demokrat Partiyası ilə Yaponiya İnnovasiya Partiyasının koalisiyası parlamentdə çoxluq qazanarsa hazırkı Baş nazir Sanae Takaiçinin kabineti fəaliyyətinə davam edəcək. Bunun üçün koalisiya parlamentdə ən azı 233 yerə sahib olmalıdır.

Qeyd edək ki, yanvarın 23-də Baş nazir Sanae Takaiçi parlamentin aşağı palatasının buraxılması və növbədənkənar seçkilərin fevralın 8-nə təyin olunması planını təsdiqləyib. Aşağı palataya son seçki 2024-cü ilin oktyabrında keçirilib.

Bizim.Media

Seçilən
17
2
bizim.media

3Mənbələr