AZ

"Real" İngiltərə nəhənginin futbolçusuna təklif göndərdi - 5 illik müqavilə

"Real Madrid" yeni futbolçu transfer etmək üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış jurnalist Nikolo Skira yayıb.

Məlumata görə, "kral klubu" "Liverpul"un mərkəz müdafiəçisi İbraima Konateyə təklif göndərib. Mənbə İspaniya nəhənginin 26 yaşlı oyunçu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan anlaşma imzalamağı hədəflədiyini vurğulayıb. "Real"ın cari mövsümün sonunda azad agent statusu daşıyacaq Konatenin transferi üçün İngiltərə klubu ilə danışıq aparmadığı, fransalı futbolçunu yayda rənglərinə bağlamağı planlaşdırdığı bildirilib.

Bu mövsüm "Liverpul"un heyətində 31 matça çıxan Konate 2 qol vurub. Bir müddət öncə yerli mətbuat onun "qırmızılar"la müqavilə yeniləməyəcəyini açıqlayıb. 

Nihat

Seçilən
61
2
fanat.az

3Mənbələr