AZ

Takaiçi növbədənkənar seçkilər təyin etməklə öz postunu təhlükəyə atdığını bildirib

Yaponiyanın Baş naziri Sanae Takaiçi etiraf edib ki, parlamentin aşağı palatasına 8 fevralda keçirilən növbədənkənar seçkiləri elan etməklə öz hökumət başçısı postunu riskə atıb.

"Report"un məlumatına görə, Takaiçi bu barədə hakim Liberal Demokrat Partiyasının (LDP) "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində seçicilərə ünvanladığı videomüraciətində bildirib.

"Mən bu seçkilərə hökumət başçısı postumu ortaya qoyaraq gedirəm", - deyə o vurğulayıb. Takaiçi qeyd edib ki, sosioloji sorğuların LDP-nin inamlı qələbə qazanacağını göstərən müsbət nəticələrinə baxmayaraq, partiyasının hər bir tərəfdarı mütləq seçkilərə getməlidir.

"Elə hallar olub ki, namizəd təxminən yüz səs fərqi ilə uduzub. Bizim seçki sistemimizdə hər bir səs bax bu dərəcədə önəmlidir", - deyən baş nazir tərəfdarları arasında yayılan "səs verməsək də, olar" əhval-ruhiyyəsinə görə ciddi təhlükə duyduğunu etiraf edib.

Yaponiyada fevralın 8-də parlamentin aşağı palatasına növbədənkənar seçkilər keçirilir. Seçkilərdə 1 284 namizəd iştirak edir - onlar birmandatlı dairələrdə səsvermə yolu ilə müəyyən ediləcək 289 yer, həmçinin partiya siyahıları üzrə səsvermənin nəticələrinə görə bölüşdürüləcək 176 yer uğrunda mübarizə aparırlar.

Aparıcı yerli medianın son günlərdə keçirdiyi bütün sorğulara əsasən, LDP 465 yerlik palatada mütləq çoxluq qazanmaq, koalisiya tərəfdaşı olan Yaponiyanın Yenilənməsi Cəmiyyəti Partiyası ilə birlikdə isə seçkilərin əlverişli nəticəsi halında yerlərin üçdə ikisini əldə etmək şansına malikdir ki, bu da onlara istənilən qanunu qəbul etməyə imkan verəcək.

Seçilən
31
far.az

1Mənbələr