AZ

Çipsdən niyə əl çəkmək olmur Açıqlandı

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Çips və digər duzlu qəlyanaltılara asılılığın səbəbləri açıqlanıb. Rusiyalı endokrinoloq və nutrisoloq Darya Haykina mövzu ilə bağlı danışaraq bu məhsullardan uzaq durmağın niyə çətin olduğunu izah edib.Demokrat.az xəbər verir ki, Həkimin sözlərinə görə, çipslərin tərkibində duzun miqdarı yüksəkdir və bu, dadı gücləndirir, yağlılığı gizlədir və iştahanı stimullaşdırır. O bildirib ki, duzla yağın birləşməsi qida asılılığı yaradan əsas amillərdən sayılır. “Məhz buna görə az miqdarda çips, duzlu çərəz və ya kartof fri yeməklə kifayətlənmək çətin olur və insan dayanmaqda çətinlik çəkir”, - deyə Haykina qeyd edib.Onun sözlərinə görə, duzun normadan artıq qəbulu toxluq hissinə cavabdeh olan mexanizmlərin həssaslığını azaldır. “Duzlu yeməyə meyl kapriz deyil, bu, fizioloji və neyrokimyəvi proseslərin nəticəsidir”, - deyə həkim vurğulayıb. Bununla yanaşı, o, duza olan real fizioloji ehtiyacın çox aşağı olduğunu xatırladıb.Haykina qeyd edib ki, orqanizmə sutkada təxminən 1,5 qram natrium lazımdır ki, bu da 3,8 qram duz deməkdir. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı hipertoniya, insult və ürək-damar xəstəlikləri riskini azaltmaq üçün gündə 5 qramdan artıq duz qəbul edilməməsini tövsiyə edir. “Lakin praktikada bu həddi qorumaq çətindir, çünki duz demək olar ki, bütün məhsullarda mövcuddur”, - deyə o əlavə edib.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
demokrat.az

1Mənbələr