AZ

Kriptovalyuta böhranı Tramp ailəsinin bizneslərinə zərbə vurdu

Kriptovalyuta böhranı ABŞ Prezidenti Donald Trampın ailə biznesinə ciddi zərbə vurub.

Publika.az xəbər verir ki, bu barədə "Bild" nəşrin məlumat yayıb.

Bildirilib ki, ABŞ liderinin oğulları - Erik Tramp və kiçik Donald Tramp ilə bağlı layihələr rəqəmsal aktivlərin kəskin ucuzlaşması fonunda böyük itkilər verir.

"Bitcoin"in məzənnəsi 70 min dollardan aşağı düşərək, fevralın 6-da qısa müddətlik 60 min dollara yaxınlaşıb. Bu, ötən ilin oktyabrındakı tarixi rekordla müqayisədə təxminən 45 faizlik azalma deməkdir. Analitiklərin hesablamalarına görə, yanvarın 29-dan bəri kripto bazarından təxminən 470 milyard dollar dəyərində aktiv "yoxa çıxıb".

Bu vəziyyətdən xüsusilə Donald Trampın böyük oğlu tərəfindən idarə olunan "World Liberty Financial" şirkəti zərər çəkib. Qeyd olunub ki, Donald Trampın özünün də bu şirkətdə payı var.

Seçilən
43
publika.az

1Mənbələr