AZ

Rusiya kadr çatışmazlığını Hindistan və Çin hesabına aradan qaldırmaq istəyir

BAKI, 8 fevral. TELEQRAF

Rusiya kadr çatışmazlığı ilə bağlı problemləri aradan qaldırmaq məqsədilə bir sıra Asiya ölkələrindən, ilk növbədə Hindistan, Çin, Banqladeş və Şri-Lankadan əmək miqrantlarının cəlb olunması istiqamətində səylərini gücləndirib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, bu istiqamətdə atılan addımlardan biri Rusiya prezidenti Vladimir Putinin 2025-ci ilin dekabrının əvvəlində Hindistana rəsmi səfəri olub. Səfər zamanı Moskva və Yeni Dehli Hindistan vətəndaşları üçün Rusiyada müvəqqəti iş icazələrinin rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə razılığa gəliblər.

"Bloomberg" yazır ki, Rusiya yalnız ənənəvi əmək miqrasiyası mənbələri ilə kifayətlənmək niyyətində deyil və əmək bazarındakı boşluqları doldurmaq üçün yeni coğrafi istiqamətlər üzrə əməkdaşlığı da genişləndirməyi planlaşdırır.

Seçilən
21
teleqraf.com

1Mənbələr