"İran öz raket proqramları ilə bağlı danışıqlar aparmaq niyyətində deyil, çünki bu proqramlar müstəsna olaraq müdafiə xarakteri daşıyır".
Publika.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
Nazirin sözlərinə görə, uranın zənginləşdirilməsinə qoyulan qadağa məsələsi İranın baxış bucağından müzakirə mövzusu deyil. O vurğulayıb ki, uranın zənginləşdirilməsi İranın qanuni hüququdur və davam etdirilməlidir. Araqçı həmçinin əlavə edib ki, hətta bombardmanlar belə ölkəni müvafiq imkanlardan məhrum edə bilməyib.
Nə indi, nə də gələcəkdə raketlərlə bağlı danışıqların mümkün olmadığını bildirən Əraqçi, bunun səbəbi kimi həmin proqramların müdafiə məqsədli olmasını göstərib.