AZ

İtaliyanın şimalında qar uçqunu nəticəsində üç xizəkçi həlak olub

İtaliyanın şimalında, Cənubi Tirol və Lombardiya bölgələrində trasdan kənar ərazidə xizək sürən azı üç nəfər qar uçqunu nəticəsində həlak olub.

"Report"un "Reuters"a istinadən xəbərinə görə, bu barədə Alp Xilasetmə Xidməti məlumat yayıb.

Məlumata görə, Dolomit Alplarında, qadınlar arasında dağ-xizək idmanı üzrə yarışların keçirildiyi Kortina-d'Ampetso yaxınlığındakı Marmolada rayonunda iki qar uçqunu baş verib. Hadisədən sonra xilasedicilər Marmolada massivində, 3 300 metr hündürlükdə yerləşən Punta-Rokka zirvəsində digər üç xizəkçi ilə birlikdə trasdan kənara çıxan bir kişinin meyitini tapıblar.

Daha iki xizəkçi kişilər arasında dağ-xizək idmanı üzrə yarışların keçirildiyi Bormiodan təxminən 65 km şərqdə, Valtellinanın aşağı vadisindəki Albozaciya kəndində trasdan kənar ərazidə həlak olub.

Alp Xilasetmə Xidməti Cənubi Tirolda mümkün dördüncü qurban barədə hələlik təsdiqə sahib olmadığını bildirib. Yerli medianın məlumatına görə, orada uçqun nəticəsində xəsarət alan bir kişi xəstəxanada vəfat edib.

Seçilən
45
far.az

1Mənbələr