AZ

Aİ müdafiə sahəsi üçün əlavə maliyyələşdirmə imkanlarını nəzərdən keçirir

Avropa İttifaqı (Aİ) 150 milyard avro məbləğində kredit proqramının müddəti başa çatdıqdan sonra müdafiə sahəsinə əlavə maliyyə cəlb etmək imkanlarını araşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, müzakirələr hələ ilkin mərhələdədir və nəzərə almaq lazımdır ki, Avropa Komissiyası (AK) hazırda mövcud kreditləşdirmə proqramı çərçivəsində vəsaitlərin bölüşdürülməsi ilə məşğuldur.

Bildirilib ki, bu vəsaitlər cari ilin yazında tükəndikdən sonra AK prosesi qiymətləndirəcək və potensial olaraq ikinci kreditləşdirmə proqramını əhatə edən yeni maliyyələşdirmə raundunun keçirilməsi imkanını nəzərdən keçirəcək.

Materialda vurğulanıb ki, bu danışıqlar Aİ-nin yerli müdafiə istehsalını sürətlə artırmaq niyyətini, eyni zamanda ABŞ Prezidenti Donald Trampın Avropadakı təhlükəsizlik öhdəliklərini azaltmaq istəyini əks etdirir.

Qeyd edək ki, Aİ səfirləri Avropa Komissiyasının təklif etdiyi SAFE kreditləşdirmə proqramını 21 may 2025-ci ildə razılaşdırıblar. Dəyəri 150 milyard avro olan Aİ Fondu uzunmüddətli kreditlər vasitəsilə hərbi sənayeyə investisiyaların təmin edilməsinə yönəlib.

Seçilən
23
4
ikisahil.az

5Mənbələr