“Real”ın argentinalı futbolçusu Franko Mastantuono, komanda yoldaşı Çud Bellingem haqqında danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingiltərəli futbolçuyla yaxşı dil tapdığını bildirib:
“Bellingem gözəl oyunçu və insandır, mən onu çox sevirəm. O, “Real”da mənə çox kömək etdi”.
Mastantuono 2025-ci ilin avqust ayında Argentinanın “River Pleyt” klubundan “Real”a keçib. 18 yaşlı futbolçu Madrid klubunda bütün yarışlarda 23 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Onun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. Bellingem isə 2023-cü ildən “Real”da çıxış edir.