AZ

Hindistanda attraksionun uçması nəticəsində 1 nəfər öldü

Bakı. Trend:

Hindistanın Haryana ştatının Fəridabad dairəsində, Surackəndyarmarkasında attraksionun uçması nəticəsində bir nəfər ölüb, 13nəfər xəsarət alıb.

Trend-inməlumatına görə, videogörüntülərdə nəhəng fırlanan yelləncəklərinyan dayağının oturacaqlar ən yüksək nöqtədə olarkən qırıldığı vəinsanların aşağıya düşdüyü görünür.

Qeyd olunub ki, insident zamanı platformanın əyildiyini görübinsanları xilas etməyə çalışan polis inspektoru həlak olub, xəsarətalan 13 nəfər isə xəstəxanaya yerləşdirilib.

Fəridabad dairə komissarı Ayuş Sinqhin bildirib ki, platformanınoperatoru barəsində cinayət işi açılacaq.

Seçilən
42
az.trend.az

1Mənbələr