AZ

"Bithumb" birjasından ağlasığmaz səhv: Müştərilərə 44 milyard dollarlıq bitkoin köçürülüb

"Bithumb" birjasından ağlasığmaz səhv: Müştərilərə 44 milyard dollarlıq bitkoin köçürülüb

Cənubi Koreyanın ən böyük kriptovalyuta birjalarından biri olan "Bithumb" reklam aksiyası zamanı texniki səhvə yol verərək müştərilərinə ümumilikdə 44 milyard dollar dəyərində bitkoin köçürüb.

AFN.az xəbər verir ki, Seul mərkəzli şirkət insidentin haker hücumu və ya təhlükəsizlik kəsiri ilə bağlı olmadığını, sırf əməliyyat xətası olduğunu açıqlayıb.

Məlumata görə, birja 695 müştərinin hər birinə bonus olaraq 2000 von (təxminən 1,37 dollar) ödəməli olduğu halda, sistemdəki səhv səbəbindən onların hər birinin hesabına ən azı 2000 bitkoin (təxminən 180 milyon dollar) daxil olub. Bəzi müştərilərin dərhal bu vəsaitləri satmağa başlaması bazarda şok effekti yaradıb və "Bitcoin"in qiyməti qısa müddət ərzində 17% ucuzlaşıb.

"Bithumb" rəhbərliyi baş vermiş hadisəyə görə üzr istəyib və dərhal müdaxilə edərək səhvən paylanmış 620 min bitkoinin 99,7%-ni geri qaytardıqlarını bəyan edib. Hazırda birja qalan vəsaitlərin tam geri alınması üçün müvafiq tədbirləri davam etdirir. Qeyd edək ki, "Bithumb" ticarət həcminə görə Cənubi Koreyada yalnız "Upbit" birjasından geri qalır.

Seçilən
17
afn.az

1Mənbələr