ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukraynada müharibənin başa çatması halında Rusiyadan NATO-nun şərq cinahına yönələn təhlükə arta bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransının icraçı sədri Volfqanq İşinger “Tagesspiegel” nəşrinə müsahibəsində bildirib.
İşingerin sözlərinə görə, hazırda Ukrayna Avropanı qoruduğu üçün təhlükə bu qədər kəskin hiss olunmur.
“Ukrayna Avropanı müdafiə etdiyi müddətdə təhlükə bu səviyyədə deyil”, – deyə o vurğulayıb.
İşinger əlavə edib ki, hazırda Rusiya bütün diqqətini Ukraynaya qarşı hərbi əməliyyatlara yönəldib və bu döyüşlərdə hər həftə minlərlə əsgər itirir. Onun sözlərinə görə, Ukraynada atəşkəs əldə edilən kimi vəziyyət dəyişəcək.
“Bu halda Vladimir Putin dinc şəraitdə yenidən silahlanmanı davam etdirə biləcək və NATO-nun şərq cinahında yerləşən ölkələr üçün təhlükə artacaq”, – deyə İşinger bildirib.
O qeyd edib ki, mümkün atəşkəs Almaniya üçün də təhlükəni artıracaq. İşingerin fikrincə, gələcək atəşkəs Rusiyanın qərb hissəsində hərbi mövcudluğun ciddi şəkildə azaldılması ilə müşayiət olunmalıdır. Lakin o, Moskvanın bununla razılaşmasının çətin olduğunu düşünür.
Bununla yanaşı, İşinger vurğulayıb ki, Ukraynadakı müharibə mümkün qədər tez başa çatdırılmalıdır. Onun sözlərinə görə, atəşkəsin nəticəsi Almaniya və Avropanın taleyi məsələsidir.
Aysel Əliyeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.