TƏRTƏR, 8 fevral. TELEQRAF
Tərtər rayon sakini Bakıda dəm qazından zəhərlənərək ölüb.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, hadisə Nəsimi rayonunda baş verib.
Məlumata görə, 2003-cü il təvəllüdlü Dadaşov Anar kirayə qaldığı mənzildə, hamamda olarkən dəm qazından zəhərlənərək həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.