AZ

ABŞ-ın "nüvə elçiləri" aviadaşıyıcı göyərtəsində: Tehrana güc nümayişi

ABŞ-ın "nüvə elçiləri" aviadaşıyıcı göyərtəsində: Tehrana güc nümayişi

ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff, CENTCOM komandanı admiral Bred Kuper və Ağ Evin müşaviri Cared Kuşner fevralın 7-də Ərəb dənizində yerləşən "USS Abraham Lincoln" aviadaşıyıcısının göyərtəsinə qalxıblar.

AFN.az xəbər verir ki, bu barədə məlumatı Stiven Uitkoff özünün "X" sosial şəbəkə hesabında paylaşıb.

Səfər çərçivəsində nümayəndə heyəti gəmi heyəti ilə görüşüb və fevralın 3-də gəmiyə yaxınlaşan İranın "Shahed-139" tipli pilotsuz uçuş aparatını (PUA) vuran pilotla söhbət ediblər. "Axios" portalının məlumatına görə, Maskatda İranla keçirilən nüvə danışıqlarından dərhal sonra reallaşan bu ziyarət Tehrana açıq bir mesajdır: danışıqlar uğursuz bitərsə, Vaşinqton hərbi variantları masada saxlayır.

Prezident Donald Trampın "nəhəng armada" adlandırdığı hərbi birləşmənin mərkəzi olan bu aviadaşıyıcı hazırda regionda ABŞ-ın "güc yolu ilə sülh" strategiyasının əsas simvolu kimi çıxış edir.

Xatırladaq ki, Tramp bir müddət əvvəl İranı nüvə silahından tam imtina etməyə çağıraraq, əks halda sərt hərbi tədbirlərin görülə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Seçilən
33
afn.az

1Mənbələr