AZ

Avtomatik ötürmələr qutusu ilə təchiz olunmuş nadir Volqa satışa çıxarıldı FOTO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyanın Yekaterinburq şəhərində avtomatik ötürmələr qutusu ilə təchiz olunmuş çox nadir QAZ-21 - "Volqa" sedanı satışa çıxarılıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, avtomobil yeddi milyon rubl (təqribən 157 min manat - red.) dəyərində qiymətləndirilib. Avtomatik ötürmələr qutusu SSRİ-də "Ford"un bazasında hazırlanıb və standart 2.4 litrlik mühərriklə birgə istifadə olunub. Hərəkətə başlama və sürət yığma ikinci pillədə baş verir. Birinci pillə məcburi qaydada qoşulur və aşağısalıcı kimi istifadə edilir. Üçüncü pillə isə yüksək sürətlərdə işləyir. Cəmi təxminən 700 belə avtomobil buraxılıb. İkipedallı versiyada birinci və ikinci seriyalara aid sedanlar yığılıb. Satışa çıxarılan nümunə birinci seriyaya aiddir və radiator barmaqlığında ulduz nişanı var. Avtomobil 1957-ci ildə istehsal olunub, tam şəkildə bərpa edilib və bundan sonra istismar olunmayıb. Təsvirə görə, bərpa zamanı yalnız avtomobilin dövrünə uyğun orijinal detal və materiallardan istifadə edilib.

Oxunub 8

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
avtosfer.az

1Mənbələr