AZ

"Barselona" "Malyorka"nı darmadağın ETDI

Ajans.az xəbər verir ki, görüş "Kamp Nou" stadionunda keçirilib və 3:0 hesabı ilə başa çatıb. Qələbə toplarını 29-cu dəqiqədə Robert Levandovski, 61-ci dəqiqədə Lamin Yamal və 83-cü dəqiqədə Mark Bernal vurub. 18 yaşlı Bernal üçün bu qol kataloniyalıların böyüklər komandasında ilk olub. Bu qələbədən sonra "Barselona" 58 xalla La Liqanın turnir cədvəlində birinci yeri qoruyub saxlayır, ikinci yerdə "Real Madrid" (54 xal, ehtiyatda oyunu var) qərarlaşıb. İlk üçlüyü paytaxt "Atletiko"su tamamlayır (45 xal, ehtiyatda oyunu var).

"Malyorka" 24 xalla 15-ci yerdədir.

Seçilən
6
3
Ajans.az

4Mənbələr