Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə medal qazanmış cüdoçuları təbrik edib.
90deqiqe.Az-ın məlumatına görə, federasiya rəhbəri bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Balabəy Ağayev qızıl, Ruslan Paşayev isə bürünc medal qazanıb. Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, sabah tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram"
Qeyd edək ki, Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirinin ilk gününü bir qızıl və bir bürünc olmaqla, iki medalla başa vurublar.