AZ

Rusiya Ermənistanda yeni enerji bloku tikmək istəyir

Rusiyanın “Rosatom” dövlət korporasiyası Ermənistanda yeni nüvə enerji blokları tikmək istəyir.

News365.az xəbər verir ki, bu məsələ “Rosatom”un baş direktoru Aleksey Lixaçevlə Ermənistan parlamentinin sədri Alen Simoyanın görüşündə müzakirə olunub.

“Rosatom”un rəhbəri Ermənistan AES-in ömrünün ikinci dəfə uzadılması barədə təklif irəli sürüb, həmçinin Ermənistanda yeni nüvə enerji bloklarının tikintisini ətraflı müzakirə edib.

“Rosatom” erməni tərəfdaşlarına böyük, orta və kiçik tutumlu nüvə elektrik stansiyalarının tikintisi və qeyri-nüvə layihələri də daxil olmaqla, əlaqəli layihələrin həyata keçirilməsi üçün hərtərəfli əməkdaşlıq təklif edib.

Seçilən
19
7
news365.az

10Mənbələr