AZ

Vensin Azərbaycan və Ermənistana səfərinin tarixləri açıqlandı

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfəri 9–11 fevral tarixlərində baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq 9–11 fevral tarixlərində Milan, İrəvan və Bakıya səfər çərçivəsində vitse-prezident Vensə qoşulacaq.

Məlumata görə, Vens və Helberqin Azərbaycan və Ermənistana səfəri ABŞ administrasiyasının sülh səylərinin, eləcə də “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) təşəbbüsünün təşviqinə yönəlib.

Seçilən
11
10
bakivaxti.az

10Mənbələr