AZ

Şəmkirdəki dəhşətli qətlin detalları: şübhəli şəxs… – FOTO

Şəmkir rayonunda 69 yaşlı qadının öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

NOCOMMENT.az bildirir ki,hadisə rayonun Xuluf kəndində qeydə alınıb.

Öldürülən 1957-ci il təvəllüdlü Solmaz Mahmudova tək yaşayıb. Qadının həyat yoldaşı Süleyman Həsənov Xuluf kəndinin icra nümayəndəsi vəzifəsində çalışıb. O, 2022-ci ildə vəfat edib. Ailənin isə övladı olmayıb.

Hadisəni törətməkdə təqsirli bilinən və saxlanılan 1996-cı il təvəllüdlü Arzu Həmidli eyni kəndin sakinidir və qonşuluqda yaşayıb. Öldürən S.Mahmudova təqaüdçü olub.

Hazırda istintaq tədbirləri davam edir. Cinayətin nə məqsədlə törədildiyi araşdırılır. (Teleqraf)

t9

Şəmkirdə baş vermiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Məlumata görə, ötən ilin dekabrın 23-də Şəmkir rayon sakini 1957-ci il təvəllüdlü Mahmudova Solmaz Dadaş qızının üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə S.Mahmudovanın 1996-cı il təvəllüdlü Həmidli Arzu Mahir oğlu tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Arzu Həmidli şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Seçilən
15
1
nocomment.az

2Mənbələr