AZ

İspaniya La Liqası: "Barselona" rahat qələbə qazandı

İspaniya La Liqasının 23-cü turunda "Barselona" və "Malyorka" futbol klubları qarşılaşıblar.

"Cebheinfo.az" xəbər verir ki, "Spotify Camp Nou" stadionunda baş tutan qarşılaşmada "Barselona" rahat qələbə qazanıb - 3:0.

Qolları 29-cu dəqiqədə Robert Levandovski, 61-ci dəqiqədə Lamin Yamal, 83-cü dəqiqədə Mark Bernal vurublar.

La Liqada 23 oyundan sonra "Barselona" 58 xalla turnir cədvəlinə başçılıq edir. "Malyorka" 24 xalla 13-cü yerdədir.

"Cebheinfo.az"

Seçilən
21
4
cebheinfo.az

5Mənbələr