AZ

Əlcəzair BƏƏ ilə aviasiya əlaqəsi barədə razılaşmanı ləğv edir

Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə hava əlaqəsi haqqında müqavilənin ləğvi prosesinə başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Algérie Presse Service" məlumat yayıb.

"2013-cü il mayın 13-də Əbu-Dabidə imzalanmış və 2014-cü il dekabrın 30-da prezident fərmanı ilə təsdiq edilmiş Əlcəzair Xalq Demokratik Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında hava nəqliyyatı haqqında sazişin qüvvədən düşməsi üçün zəruri addımlar atılır", - məlumatda deyilib.

Agentlik qeyd edib ki, sazişin şərtlərinə uyğun olaraq Əlcəzair tərəfi müqavilənin dayandırılması barədə BƏƏ-ni diplomatik kanallarla məlumatlandıracaq, həmçinin lazımi prosedurların yerinə yetirilməsi üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının Baş katibinə bildiriş göndərəcək. Bu qərarın səbəbləri göstərilməyib.

Hazırda Əlcəzair və Dubay arasında gündəlik birbaşa reyslər həyata keçirilir.

Qeyd edilib ki, son illərdə Əlcəzair dəfələrlə BƏƏ-ni ölkə daxilində və regionda sabitliyin pozulmasına dəstək verməkdə ittiham edib.

Seçilən
7
8
far.az

9Mənbələr