AZ

Cessi Linqard Avropaya qayıdır

Cənubi Koreyanın "FK Seul" klubundan ayrıldıqdan sonra hazırda azad agent statusu daşıyan Cessi Linqard yenidən Avropa klublarının diqqət mərkəzinə düşüb.

Fanat.Az xəbər verir ki, "MailSport"un yaydığı məlumata görə, Hollandiyanın "Feyenord" klubu təcrübəli yarımmüdafiəçini heyətinə qatmaq imkanlarını araşdıran klublar arasındadır. Linqardın vaxtilə "Mançester Yunayted"də birlikdə çıxış etdiyi komanda yoldaşı Robin van Persinin hazırda Hollandiya klubunda rəhbər vəzifədə olması bu transferin reallaşma ehtimalını artırır.

Karyerası ərzində İngiltərə Premyer Liqasında 182 oyuna çıxaraq 29 qol və 14 məhsuldar ötürmə ilə yadda qalan 33 yaşlı futbolçu, hücum xəttindəki çoxşaxəliliyi ilə tanınır. "Feyenord" rəhbərliyi heç bir transfer haqqı ödəmədən belə təcrübəli bir oyunçunu heyətə qatmağı sərfəli variant hesab edir.

Linqardın yenidən yüksək səviyyəli Avropa futboluna qayıdıb-qayıtmayacağı azarkeşlər tərəfindən maraqla gözlənilir.

Kamil Xudiyev

Seçilən
87
1
fanat.az

2Mənbələr