AZ

Hindistanın şimalında avtobus qəzasında altı nəfər ölüb

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında baş vermiş yol qəzası nəticəsində azı altı nəfər ölüb, iki nəfər xəsarət alıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli polis nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, qəza Nyu-Dehli ilə Uttar-Pradeşi birləşdirən avtomagistralda baş verib. Paytaxtdan hərəkət edən avtobus yol kənarında dayandığı anda ona sürətlə hərəkət edən minik avtomobili çırpılıb. Qəza zamanı altı nəfər hadisə yerində həlak olub.

Ştat polisi bildirib ki, xəsarət alan daha iki nəfər xəstəxanaya yerləşdirilib.

"Cebheinfo.az"

Seçilən
9
3
cebheinfo.az

4Mənbələr