AZ

Mingəçevir sakini marketdə həyatını itirdi

BAKI, 7 fevral. TELEQRAF

Mingəçevirdə marketdə ölüm hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə 20 yanvar küşəsində yerləşən "Qədiroğlu"Marketlər şıbəkəsinə məxsus mağazada baş verib.

Alış-veriş üçün marketə gələn 1953-cü il təvəllüdlü şəhər sakini Mikayıl Məmmədovun qəfil halı pisləşərək yerə yıxılıb. İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
44
2
teleqraf.com

2Mənbələr