AZ

İspaniya nəhəngləri onu hədəfə aldılar

Kristian Romero karyerasını İspaniyada davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, “Tottenhem”in müdafiəçisi ilə “Barselona” və “Atletiko” maraqlanır. Məlumata görə, Romeronun özü də İngiltərəni tərk etməyə müsbət yanaşır. Bu keçid reallaşacağı halda transfer məbləğinin təxminən 80-90 milyon avro olacağı bildirilir.

Cari mövsümdə London klubunda 27 oyuna çıxan 27 yaşlı argentinalı futbolçu yüksək məhsuldarlığı ilə seçilib. O, bu oyunlarda 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdi.

Seçilən
93
20
football-plus.az

10Mənbələr