AZ

“Qalatasaray” İkardi ilə bağlı QƏRAR VERDİ

"Qalatasaray" mövsümün sonunda müqaviləsi başa çatan Mauro İkardi ilə bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi argentinalı forvardla yeni sözləşmə imzalayacaq. Bu barədə "Fotomaç" məlumat yayıb.

İkardi ilə yaxın günlərdə 2+1 illik müqavilə imzalanacaq. 32 yaşlı futbolçunun illik maaşı 7 milyon avro olacaq.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edir. Təcrübəli oyunçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
13
3
bizim.media

5Mənbələr