ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanla Ermənistan uzun müddət müharibə şəraitində yaşayıb. Bu da Ermənistanın Azərbaycan ərazilərini haqsız şəkildə işğalı ilə bağlı olub. Məhz bu səbəbdən cəmiyyətdə demək olar ki, hər gün atəşkəsin pozulması ilə bağlı xəbərlərin yayılması narahatlıq doğurub. Bu vəziyyətin dəyişilməsi, cəmiyyətdə rahatlıq ab-havasının yaranması 2020-ci il Vətən müharibəsində Azərbaycan tərəfindən əldə edilən Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatlarında qazanılan uğurla mümkün olub. Doğrudur, Azərbaycanın həm Vətən Müharibəsində əldə etdiyi Zəfər, həm də antiterror əməliyyatlarında qazandığı uğurlardan sonra şərti sərhəddə atəşkəs halları səngiyib, lakin bitməyib.
Modern.az xatırladır ki, 2025-ci ilin ilk yarsında Ermənistan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə Azərbaycan Respublikasının Ordusunun bölmələrinə atəş açılıb.
Sonuncu dəfə sərhəddə atəşkəs 2025-ci ilin may ayının 13-də pozulub. Müdafiə Nazirliyi həmin gün yaydığı məlumatda deyilir:
“May ayının 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb”.
Bəli, bu, atəşkəsin sonuncu pozulması idi. Məhz 8 avqust Vaşinqton Zirvə toplantısında Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından keçən yarım il ərzində sərhəddə hər hansı hərbi təxribat halı qeydə alınmayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.