Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bir ildən çoxdur ev dustaqlığında olan Lerçek kimi tanınan rusiyalı bloger Valeriya Çekalinanın dəyərli əşyaları müsadirə edilib.
Axşam.az xəbər verir ki, buraya blogerin 22 dəst "Graff", "Van Cleef & Arpels", "Cartier" və digər lüks brendlərə məxsus zinət əşyası və təxminən 46 milyon rubl (təxminən 1 milyon manat) daxildir.
Blogerin evində aparılan axtarış zamanı bir neçə cüt sırğa, səkkiz qolbaq, boyunbağılar və "Rolex" markalı olmaqla üç ədəd saat aşkarlanıb. Onun nağd pul və zinət əşyalarına həbs qoyulub.
Dördüncü övladına hamilə olan 33 yaşlı Lerçek məhkəmədə özünü təqsirli bilməyib.
Qeyd edək ki, Lerçek və keçmiş həyat yoldaşı Artyom Çekalin 250 milyon rubldan çox vəsaitin qanunsuz şəkildə xaricə çıxarılmasında ittiham olunurlar. Cütlük 2024-cü ilin yayında boşanıb və üç övladları var. Onları 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Ötən ilin payızında Lerçekin yeni sevgilisi, 37 yaşlı argentinalı tanqo müəllimi Luis Skviççiarini ilə uşaq gözlədiyi də məlum olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.