Masallıda iki avtomobil toqquşub, 1 nəfər ölüb.
Xezerxeber.az-ın məlumatına görə, 31 yaşlı Vəli Hətəmzadənin idarə etdiyi avtomobil Dadva küçəsində 79 yaşlı Qardaş Fətullayevin sükanı arxasında olduğu nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.
Vəziyyəti ağır olan Qardaş Fətullayev Masallıda özəl klinikaların birinə aparılıb. Bütün reanimasiya tədbirlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, müalicə aldığı klinikada ölüb. Digər sürücü Vəli Hətəmzadənin müalicəsi xəstəxanada davam etdirilir.
Qeyd edək ki, Qardaş Fətullayev Masallı Ziyalıları İctimai Birliyinin sədri, rayon Ağsaqqallar şurasının, rayon təhsil işçiləri həmkarlar komitəsinin şura üzvü idi.
Faktla bağlı araşdırma aparılır.
İsmayıllıda isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Zaur Bilalov idarə etdiyi avtomobillə rayonun Xanagah kəndi ərazisində hərəkətdə olarkən yolu keçən piyadanı, 36 yaşlı Cavad Xəlilovu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.