AZ

Böyük Britaniya Rusiyanın “kölgə donanması”na məxsus gəmilərin müsadirəsinə hazırlaşır

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniya Rusiya ilə əlaqəli olan “kölgə donanması” gəmilərinin müsadirə edilməsi imkanını nəzərdən keçirir.

Bizimyol.info xəbər verir ki, "The Guardian" nəşrinin Britaniya Müdafiə Nazirliyindəki mənbələrinin bildirdiyinə görə, tankerlərin hərbi yolla ələ keçirilməsi variantları NATO müttəfiqləri ilə keçirilən görüşdə müzakirə olunub.

Söhbət sanksiyalardan yan keçməklə Rusiya neftinin daşınmasında istifadə olunan gəmilərdən gedir. "Lloyd’s List Intelligence" məlumatına əsasən, yanvar ayında La-Manş boğazında və Baltik dənizində saxta və ya saxtalaşdırılmış bayraqlardan istifadə edən 23 belə gəmi qeydə alınıb.

Yanvarın sonlarında Böyük Britaniyanın müdafiə naziri Con Hili Baltikyanı ölkələr və Şimali Avropa dövlətlərinin iştirakı ilə “istifadə edə biləcəyimiz hərbi variantların” müzakirəsi üçün görüş keçirməyi planlaşdırdıqlarını açıqlayıb. O, həmçinin müsadirə olunan neftin satıla biləcəyini və əldə edilən vəsaitin Ukraynaya yardım üçün yönəldiləcəyini istisna etməyib.

Bundan əvvəl Kral Dəniz Piyadaları parlament üzvləri və Lordlar Palatasının nümayəndələri üçün Rusiyadan gələn təhdidlərə və Arktikadakı vəziyyətə həsr olunmuş qapalı brifinq keçirib. Görüş iştirakçılarından birinin sözlərinə görə, dəniz piyadaları gəmilərin ələ keçirilməsi barədə əmri “səbrsizliklə gözləyirlər”.

Ekspertlər qeyd edirlər ki, Londonun bu cür addımlar atması üçün hüquqi əsasları mövcuddur.

"Lloyd’s List" nəşrinin baş redaktoru Riçard Midin sözlərinə görə, “Kral Hərbi Dəniz Qüvvələri dəniz hüququna əsasən faktiki olaraq vətəndaşlığı olmayan bu gəmilərin fəaliyyətini mübahisələndirə bilər”. Bununla belə, o vurğulayıb ki, eskalasiya riski səbəbindən hələlik bu cür addımlar atılmır.

Xatırladaq ki, bir ay əvvəl ABŞ qüvvələri Böyük Britaniyanın dəstəyi ilə Rusiya bayrağı altında üzən "Marinera" tankerini Şotlandiya ilə İslandiya arasındakı ərazidə təqib edərək ələ keçirmişdi.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
icma.az

1Mənbələr