Yazını böyüt
Yazını kiçilt
İngiltərə Premyer Liqasında XXV turun oyunları davam edir.
Hafta.az xəbər verir ki, günün ilk matçında “Mançester Yunayted” doğma meydanda “Tottenhem”i qəbul edib.
“Qırmızı şeytanlar” Maykl Kerrikin rəhbərliyi altında ardıcıl dördüncü qələbəsini qazanıblar. Ev sahibləri rəqibini 2:0 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, “Mançester Yunayted” “Tottenhem” üzərində son qələbəsini 2022-ci ilin oktyabr ayında eyni hesabla əldə etmişdi. Həmin qarşılaşmadan sonra komandalar arasında keçirilən 8 oyunda “Yunayted” 3 heç-heçə edib və 5 dəfə məğlub olub.