"Türkiyə dünyanın getdikcə daha mürəkkəbləşdiyi bir dövrdə inklüziv və davamlı regional təhlükəsizlik arxitekturasının yaradılmasını təşviq edir. Bu arxitektura yalnız regiondaxili problemlərə həll yolu təqdim etməməli, həm də region xaricindən qaynaqlanan təhdidlərə qarşı ortaq potensial yaratmalıdır".
Newscenter.az xəbər verir ki, bunları Qətərin paytaxtı Dohada keçirilən 17-ci Əl-Cəzirə Forumunun açılışında çıxış edən Türkiyə Prezidentinin İnformasiya İdarəsinin rəhbəri Burhanəddin Duran deyib.
O, həmçinin vətəndaş müharibələrindən dərin zərər çəkmiş ölkələrin bərpası, yenidən qurulması üçün daim səy göstərdiklərini qeyd edib:
"Suriyanın sabitliyinin təmin edilməsi və onun institusional potensialının gücləndirilməsi bu səylərin mərkəzindədir. Biz inanırıq ki, hərbi əməliyyatlar dayandırılarsa, oxşar yanaşma Yəmən və Sudan üçün də tətbiq olunmalıdır".
Duran, bu təşəbbüslərin davamlı və effektiv nəticələr verməsi üçün institusionallaşmaya xüsusi əhəmiyyət verildiyini və bu səylərin müxtəlif təşəbbüslər və çoxtərəfli platformalar vasitəsilə davam etdirildiyini vurğulayıb:
"Biz həmçinin regionumuzda ortaya çıxan yeni risk və təhlükəsizlik dalğasına qarşı müxtəlif əməkdaşlıq mexanizmlərinin yaradılmasına töhfə veririk"
Süleyman