AZ

İspaniya sosial mediaya qarşı beş tədbir elan etdi

İspaniyanın Baş naziri Pedro Sançez sosial medianın bir növ "Vəhşi Qərb"ə, uğursuz bir dövlətə çevrildiyini bildirib və sosial mediaya və onun sahiblərinə qarşı beş tədbir görəcəklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Sançez ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında yayımlanan videoda bildirib ki, "Sosial media təəssüf ki, bir növ Vəhşi Qərbə, uğursuz bir dövlətə çevrilib".

Sançez sosial media saytlarının sahibləri üçün "cinayət məsuliyyəti" tətbiq edəcəklərini təkrarladı və bu tətbiqlərin "cinayətkar fəaliyyət, pornoqrafiya və zorakılıq üçün sığınacaq təmin etdiyini" söylədi.

Çıxışı zamanı Sançez həmçinin üzərində "Grok istifadəçiləri 11 gün ərzində X tətbiqində 3 milyon cinsi əlaqəyə açıq şəkil yaradıblar, o cümlədən 23 mindən çox yetkinlik yaşına çatmayanların şəkli" yazısı olan bir lövhə nümayiş etdirib və sosial medianın insanları izlədiyini, məlumatlarını oğurladığını, nifrət və dezinformasiya yaydığını iddia edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
24
1
turkustan.az

2Mənbələr