Bu gün I Liqada 13-cü tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, sonuncu oyun gününə 1 matç nəzərdə tutulub.
"Şimal" klubu doğma meydanda "Mingəçevir"i qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda turnir cədvəlində meydan sahibləri 5 xalla sonuncu pillədə, Mingəçevir təmsilçisi isə xallarını 24-ə çatdıraraq 4-cü yerdə qərarlaşıb.
Şimal"- "Mingəçevir" 0:3
Qol: M.Səfərov, 15, B.Həziyev, 65-pen.; K.Kalunqa, 82
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elmin Süleymanov, Nahid Xasiyev
Şamaxı OİK stadionu
5 fevral (cümə axşamı)
“Cəbrayıl” – MOİK - 2:2
“Şəfa” – “Bakı Sportinq” - 1:1
“Zaqatala” – “Səbail” - 0:1
6 fevral (cümə)
“Şahdağ Qusar” – “Difai” - 4:0
