Hazırkı dünya çempionu Argentina DÇ- 2026 zamanı məskunlaşacağı düşərgəni seçib.
Fanat.Az xəbər verir ki, Lionel Messi və komandası Kanzas Sitidə yerləşəcək.
"Albiseleste" sözügedən şəhərin "Sportinq" klubunun bazasında məşq edəcək.
Turnirdə bir neçə iştirakçı eyni anda "Sportinq"in məşq bazalarına maraq göstərsə də, təşkilatçılar iki il davam edən danışıqlardan sonra Argentina milli komandasına üstünlük veriblər. Argentina Futbol Assosiasiyasının nümayəndələri infrastruktur səviyyəsini və Kansas Sitinin ölkənin mərkəzindəki coğrafi mövqeyini yüksək qiymətləndiriblər.
"Sportinq"in prezidenti və baş icraçı direktoru Ceyk Rid bu barədə fikirlərini belə bildirib: "Təxminən iki illik danışıqlardan sonra seçim ARgentina millisinin üzərində oldu. Lionel Messinin Kanzas Sitidə yaşadığı rahatlıq əlavə arqumentdir. Argentina milli komandasının kapitanı şəhərdə iki dəfə oynayıb. Bu, müsbət təəssürat yaratmağa kömək etdi".
DÇ-2026 yayda ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundial 11 iyun - 19 iyul aralığında baş tutacaq.
Mirağa