Bakı. Trend:
ABŞ Qəzza sektoru üzrə Sülh Şurası liderlərinin görüşünüfevralın 19-da Vaşinqtonda keçirməyi planlaşdırır.
Trend-inməlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadənyazıb.
Nəşrdə bildirilib ki, ABŞ rəsmisinin və Qəzza üzrə Sülh Şurasınadaxil olan dörd ölkənin diplomatlarının sözlərinə görə, Ağ Ev şuraliderlərinin görüşünü fevralın 19-da keçirməyi nəzərdə tutur.
Portalın məlumatına əsasən, görüş ABŞ Sülh İnstitutunda (USIP)baş tuta bilər. Sözügedən institut daha əvvəl ABŞ Prezidenti DonaldTrampın şərəfinə adlandırılıb. İlk görüşdən bir gün əvvəl DonaldTramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasındadanışıqların aparılması gözlənilir.
Qeyd olunur ki, təşkilat ilkin olaraq “Qəzza üzrə Sülh Şurası”adlansa da, sonradan yeni beynəlxalq qurumun səlahiyyətlərininFələstin anklavının hüdudlarından kənara çıxacağı məlum olub.
Yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlıbeynəlxalq təşkilatın yaradılması barədə qərar verdiyini elan edibvə Azərbaycan Respublikasını bu təşkilatın təsisçi dövləti olmağadəvət edib.
Xatırladaq ki, yanvarın 22-də Davosda “Sülh ŞurasınınNizamnaməsi”nin (Board of Peace Charter) imzalanması mərasimikeçirilib. Tədbirdə iştirak edən Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları “SülhŞurasının Nizamnaməsi” sənədini imzalayıblar.