AZ

Qəzza üçün kritik addım: Vaşinqtonda Sülh Şurası oyunun qaydalarını dəyişəcək?

Ağ Ev fevralın 19-da Vaşinqtonda Qəzza zolağında nizamlanma üzrə Sülh Şurası iştirakçılarının görüşünü keçirmək niyyətindədir. Bu barədə “Axios” portalı məlumat yayıb.

Portalın məlumatına görə, bu, Sülh Şurasının ilk görüşü olacaq və Qəzza zolağının yenidən qurulması üçün vəsait toplanmasını nəzərdə tutan konfrans təşkil ediləcək. Ağ Ev ümid edir ki, görüş Fələstin anklavında nizamlanma planının ikinci mərhələsinin həyata keçirilməsinə kömək edəcək.

Qeyd olunub ki, Vaşinqton administrasiyası fevralın 6-da bir çox ölkənin liderlərini dəvət etmək və görüşün logistika məsələlərini müzakirə etmək üçün təmaslara başlayıb. Həmin dövlətlərin siyahısı açıqlanmır. Portal vurğulayır ki, görüşün keçirilməsi ilə bağlı planlar hələ dəyişə bilər. Həmçinin ABŞ Prezidenti Donald Trampın fevralın 18-də İsrailin Baş naziri Benyamin Netanyahunu Ağ Evdə qəbul etməsi gözlənilir.

Kənan Novruzov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, Sülh Şurasının qurulması və ilk iclasının keçirilməsi müsbət addımdır:

“Bu təşəbbüs regiondakı aktorların konstruktiv dialoqa cəlb olunması və beynəlxalq birgə koordinasiyanın gücləndirilməsi baxımından önəmlidir. Sülh Şurası Qəzza zolağında dayanıqlı nizamlanmanın ilkin mexanizmi ola bilər, lakin bu, tam zəmanət vermir. Gərginlik hələ aradan qalxmayıb, İsrail öz mövqelərini güclü saxlayır və iddialarından asanlıqla geri çəkilmək niyyətində deyil”.

Sülh təşəbbüsü həm də ABŞ və digər Qərb ölkələrinin regiondakı təsirini balanslaşdırmaq üçün bir vasitədir. Sülh Şurası rəsmi Təl-Əvivi dayandırmaq üçün kifayət etməyə bilər; bunun üçün ABŞ-nin diplomatik və iqtisadi təzyiqləri, həmçinin regional aktorlarla koordinasiyalı addımlar zəruri olacaq”.

Onun sözlərinə görə, bu proses Qəzza zolağında həm Fələstin tərəfinin, həm də qonşu ölkələrin maraqlarının qorunmasına xidmət edə bilər və eyni zamanda regional sabitliyi təşviq edəcək.

Atilla Rzasoy

Seçilən
14
nocomment.az

1Mənbələr