AZ

O “Əl-Nəsr”ə gəlsə, Ronaldo gedəcək

Portuqaliyalı ulduz Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı Pro Liqasındakı gələcəyi sual altına düşüb.

NOCOMMENT.az xəbər verir ki, “Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanına transfer olunacağı təqdirdə, Ronaldonun yay transfer pəncərəsində “Əl-Nəsr”dən ayrılması gözlənilir. Hazırda Ronaldonun klubdakı vəziyyəti qeyri-müəyyən olaraq qalır.

Belə ki, portuqaliyalı superulduz “Əl-Nəsr”in son iki liqa oyununda heyətdə yer almayıb. Bu fakt onun klub rəhbərliyi və Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PIF) ilə münasibətlərində gərginliyin davam etdiyini göstərir.

Qeyd olunur ki, Salahın liqaya mümkün gəlişi Səudiyyə futbolunda balansı dəyişə və Ronaldonun gələcək qərarına birbaşa təsir göstərə bilər.

Seçilən
19
nocomment.az

1Mənbələr