AZ

"Barselona" La Liqa matçına ciddi itki ilə çıxacaq

"Barselona" İspaniya La Liqasının 23-cü turunda doğma meydanda "Malyorka"nı qəbul edəcək.

Sportal.az xəbər verir ki, son çempion oyuna ciddi itki ilə çıxacaq.

Komandanın aparıcı oyunçularından olan Rafinya matçda iştirak edə bilməyəcək. Braziliyalı vinger zədəlidir.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.

Qeyd edək ki, Rafinya bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 22 rəsmi matçda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
14
sportal.az

1Mənbələr