AZ

Alidə Mustafayeva icra başçısı olan ərindən ayrılıb?


Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbəri Seymur Orucovla aparıcı Alidə Mustafayevanın boşanması haqda məlumatlar yayılıb.

Xəbər verilir ki, aparıcı iddialarla əlaqədar açıqlama yayıb.

O, yayılan informasiyaları təkzib edib: "Media nümayəndələrini məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə yoxlamağa, peşə etikası və məsuliyyət prinsiplərinə riayət etməyə çağırıram. Dezinformasiyanın yayılması hüquqi və ictimai məsuliyyət yaradır."

Qeyd edək ki, yayılan xəbərlərdə cütlüyün 6 aydır ayrı yaşadığı bildirilirdi.

Xatırladaq ki, icra başçısı ilə aparıcı 2024-cü ilin fevral ayında ailə həyatı qurub.


Seçilən
14
9
azia.az

10Mənbələr