Çeçenistanın rəhbəri Ramzan Kadırov özünün Teleqram kanalında Ukraynanın Donetsk bölgəsinə dair diqqət çəkən paylaşım edib.
Publika.az xəbər verir ki, Kadırovun yaydığı videoda Donetskin Konstantinovka şəhərində Ukrayna Silahlı Qüvvələrinin (VSU) hərbçilərinin öldürülməsi əks olunub.
Onun sözlərinə görə, ərazidə aparılan əməliyyat Rusiya Müdafiə Nazirliyinin 78-ci motoatıcı alayının "Sever-AXMAT" bölməsinin şəxsi heyəti tərəfindən həyata keçirilib.
Görüntülərdə əvvəlcə havadan aparlına kəşfiyyat əməliyyatı zamanı Ukrayna qoşunlarının hərbçilərinin müəyyən istiqamətə hərəkət etməsi qeydə alınır.